Республиканский Шахматный Центр
ГлавнаяНовостиИсторияНаш клубСпонсоры клубаКонтакты

"Prezident Kuboku" beynəlxalq şahmat festivalı
Международный шахматный фестиваль "Кубок Президента"
The International Chess Festival “President’s Cup”
 
Турнир
Положение
Регламент
Фотогалерея
Контакты
 
Спонсоры Фестиваля

 

"Prezident Kuboku" Beynəlxalq Şahmat festivalının REQLAMENTİ

1. Festival 03 (gəlmə günü) – 14(getmə günü) may 2006-cı il tarixlərdə Bakı şəhərində keçiriləcək. Açılış mərasimi və I tur oyunları 4 may tarixində R. Behbudov adına «Dövlət Mahnı Teatrında», novbəti turlar isə 5-13 may tarixlərində Respublika Şahmat Mərkəzində (Klubunda) keçiriləcək.

2. «A», «B» və «D» turnirləri İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək. «C» turniri dairəvi sistem üzrə keçiriləcək.

3. Nəzarət vaxtı: «A» turnirində hər iştirakçıya oyunun sonunadək 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə vaxt verilir. «B» və «C» turnirlərində hər iştirakçı üçün oyunun sonunadək 90 dəqiqə vaxt verilir.

4. Turnirlərdə iştirakçıların yerləri yığılmış xalların sayına görə müəyyən edilir. İki və ya daha çox şahmatçı eyni sayda xal toplayarsa, yerlər aşağıdakı göstəricilərə və ardıcıllığa görə müəyyən ediləcək.

I) İsveçrə sistemi üzrə turnirlərdə:

a) Buxholts əmsalı
b) qısaldılmış Buxholts 1
c) qısaldılmış Buxholts 2
d) qələbələrin sayı


II) Dairəvi sistem üzrə turnirdə:

a) Zonneborn - Berqer əmsalı
b) şəxsi görüşün nəticəsi
c) qələbələrin sayı
d) Koyy əmsalı

5. «A» və «D» turnirlərində müvafiq mükafat fondu əlavə göstəricilərdən asılı olmayaraq eyni xal toplamış şahmatçılar arasında bərabər bölünəcək. «A» turnirində kubokun sahibi, «B» və «C» turnirlərində mükafatların sahibləri əlavə göstəricilərə əsasən müəyyən ediləcək.

6. «B» turnirində ilk 5 yer və qızlar arasında I yer, «C» turnirində isə ilk 4 yeri tutmuş Azərbaycan şahmatçısı may ayından başlayaraq 2006-cı ilin sonunadək 8 ay müddətində aylıq təqaüd şəklində mükafatlandırılacaqlar.

1 aylıq mükafatın məbləği:

«B» turniri

1 yer – 60 AZN
2 yer – 50 AZN
3 yer – 40 AZN
4 yer – 30 AZN
5 yer – 25 AZN

qızlar arasında 1-ci yer – 20 AZN
«C» turniri

1 yer – 60 AZN
2 yer – 50 AZN
3 yer – 40 AZN
4 yer – 30 AZN

7. «B» turnirində turlar hər gün saat 10:00-da, «A» və «C» turnirində isə saat 15:00-da başlayır.

8. Hakimlərin qərarlarına etirazını bildirmək istəyən şahmatçılar 30$ məbləğində pul ödəməlidirlər.
Etiraz məğbul hesab edildikdə bu məbləğ geri qaytarılır.

 

 

© 2005 Республиканский Шахматный Центр. | Все права защищены.