«Razılaşdırılıb»
Azərbaycan Respublikası
Gənclər və İdman
Naziri
A. Rəhimov
28 fevral 2008-ci il.
|
«Razılaşdırılıb»
Milli Olimpiya Komitəsinin
Vitse-prezidenti
Ç. Hüseynzadə 28 fevral 2008-ci il.
|
«Razılaşdırılıb»
Azərbaycan Şahmat
Federasiyasının Prezidenti
E. Rüstəmov 28 fevral 2008-ci il.
|
«Təsdiq edirəm»
Respublika Şahmat Mərkəzi
(Klubu)nun və festivalın
Direktoru
E. Haşımov 28 fevral 2008-ci il. |
«PREZİDENT KUBOKU»
III Beynəlxalq Şahmat Festivalının
Ə S A S N A M Ə S İ
I. MƏQSƏD VƏ VƏZİFƏLƏR.
1. Festival Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xatirəsinə həsr edilir.
2. Azərbaycanda şahmatın təbliği və inkişafı.
II. TƏŞKİLATÇILAR.
Festivalı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Şahmat Federasiyası və Respublika Şahmat Mərkəzi (Klubu) təşkil edir. Ümumi rəhbərlik festivalın direktoru tərəfindən həyata keçirilir.
Festivalın bilavasitə keçirilməsi Baş Hakimlər kollegiyasına həvalə olunur.
III. MÜKAFAT FONDU.
Festivalın ümumi mükafat fondu 85000$ təşkil edir. Bu məbləğə pul mükafatları, qiymətli və s. hədiyyələr daxildir.
IV.FESTİVALIN KEÇİRİLMƏ YERİ, TARİXİ VƏ QAYDALARI.
Festival 09 may – 21 may 2008-ci il tarixlərdə (Bakı şəhəri H. Hacıyev küç, 42a) Respublika Şahmat Mərkəzində keçiriləcək.
| Uşaq turniri |
09-19 may |
| Açıq turnir |
12-20 may |
| Veteranların turniri |
10-19 may |
| Blits turnir |
21 may |
Uşaq Turniri. 09-19 may 2008-ci il. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Turların başlanğıcı hər gün saat 10:00-da. Gəlmə günü – 8 may 2008-ci il. Bir istirahət günü nəzərdə tutulub. Yarışda 1994-cü il təvəllüdlü və ondan kiçik, I dərəcədən aşağı olmayan şahmatçılar iştirak edə bilər. İştirakçıların qeydiyyatı 08 may 2008-ci il saat 19:00-da sona çatır.
Nəzarət vaxtı: hər iştirakçıya oyunun sonunadək 90 dəqiqə vaxt verilir.
Uşaq Turnirinin üzvlük haqqları: Bütün iştirakçılar üçün – 10 manat. Dünya və Avropa birinciliklərinin mükafatçıları və ELO əmsalı 2100-dən yüksək olan şahmatçılar üzvlük haqqından azad olunurlar.
Mükafatlandırma: Uşaq Turniri
| 1 |
350$ |
7 |
120$ |
| 2 |
300$ |
8 |
120$ |
| 3 |
250$ |
9 |
100$ |
| 4 |
200$ |
10 |
100$ |
| 5 |
160$ |
11 |
70$ |
| 6 |
160$ |
12 |
70$ |
|
Açıq Turnir. 12-20 may 2008-cı il. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Turların başlanğıcı hər gün saat 15:00-da.
Gəlmə günü - 11 may.
Gedmək günü - 21 may.
İştirakçıların qeydiyyatı I turun başlanğıcına bir gün qalmış sona çatır.
Nəzarət vaxtı: hər iştirakçıya 90 dəqiqə + hər gedişə 30 san vaxt verilir.
Açıq Turnirin üzvlük haqqları: BQ,QBQ olan şahmatçılar üzvlük haqqından azad olunurlar.
| ELO |
2400-və yuxarı |
20 manat |
| |
2250-2399 |
30 manat |
| |
2100-2249 |
40 manat |
| |
2000-2099 |
50 manat |
| |
ELO-su 2000-dən aşağı olan iştirakçılar |
60 manat |
| |
ELO-suz iştirakçılar üçün |
90 manat |
Mükafatlandırma: Açıq turni
| 1 |
7000 $ + Kubok |
9 |
1600 $ |
17 |
500 $ |
| 2 |
5000 $ |
10 |
1400 $ |
18 |
400 $ |
| 3 |
4300 $ |
11 |
1200 $ |
19 |
300 $ |
| 4 |
3600 $ |
12 |
1000 $ |
20 |
300 $ |
| 5 |
3000 $ |
13 |
900 $ |
21 |
200 $ |
| 6 |
2500 $ |
14 |
800 $ |
22 |
200 $ |
| 7 |
2100 $ |
15 |
700 $ |
23 |
200 $ |
| 8 |
1800 $ |
16 |
600 $ |
24 |
200 $ |
Qadınlar arasında
| 1 |
600$ |
4 |
300$ |
| 2 |
500$ |
5 |
200$ |
| 3 |
400$ |
6 |
200$ |
Yarışı 9 xalla bitirən qalibə əlavə olaraq 3000$ məbləğində
xüsusi mükafat nəzərdə tutulub (reqlamentə baxın).
|
Veteranların Turniri: 10-19 may 2008-ci il.
Turnirin keçirilmə sistemi yarış iştirakçılarının sayından asılı olaraq müəyyən ediləcək.
Turların başlanğıcı hər gün saat 11:00-da. Yarışda, kişilər 1947-ci il təvəllüdlü və ondan yaşlı, qadınlar 1957-ci il təvəllüdlü və ondan yaşlı şahmatçılar iştirak edə bilərlər.
İştirakçıların qeydiyyatı 8 may 2008-ci il saat 19:00-da sona çatır.
Nəzarət vaxtı: hər iştirakçıya oyunun sonunadək 90 dəqiqə vaxt verilir.
Veteran turnirinin üzvlük haqqları: Beynəlxalq ada malik şahmatçılar üzvlük haqqından azad edilirlər. Digər iştirakçılar üçün üzvlük haqqı – 20 manat.
Mükafatlandırma: Veteranların Turniri
| 1. |
300$ |
4. |
150$ |
| 2. |
250$ |
5. |
100$ |
| 3. |
200$ |
|
|
Blits turnir: 21 may 2008-ci il. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Bütün iştirakçılar üçün üzvlük haqqı – 20 manat. Turnirin başlanğıcı saat 15:00-da.
BQ və QBQ - lər üzvlük haqqından azad edilirlər.
Mükafatlandırma: Blits Turnir
| 1 |
500$ |
4 |
200$ |
7 |
100$ |
| 2 |
400$ |
5 |
150$ |
8 |
100$ |
| 3 |
300$ |
6 |
150$ |
qadınlar arasında I yer |
100$ |
Pul mükafatı alan hər iştirakçıdan 5%-lik vergi tutulacaq.Turnirlərdə iştirak etmək üçün sifarişləri 5 may 2008-ci il tarixədək göndərmək lazımdır: Əlavə məlumut üçün festivalın təşkilat komitəsinə müraciət edə bilərsiniz.
Ünvan: AZ 1009, Bakı şəh, H. Hacıyev küç 42 a, Respublika Şahmat Mərkəzi (Klubu)
Mob: (+99450) 366-36-23 Tel: (+99412) 437-13-47 Faks: (+99412) 494-05-73
E-mail: info@chessclub.az ; azerichessclub@yahoo.com www.chessclub.az
BU ƏSASNAMƏ FESTİVALA RƏSMİ DƏVƏTNAMƏDİR. |